AZ

Şirvan Suvarma Kanalı yenidən qurulur - Mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirməyə 4 milyon sərf ediləcək

Şirvan Suvarma Kanalının yenidən qurulmasının layihəsi çərçivəsində torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirməyə 3 996 542 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti göstərən şirkət “Açar Qiymətləndirmə Mərkəzi” MMC-dir.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi və MMC arasında müqavilə bağlanıb.

 

Cabir Həsənov

Tarix: 17 İyul 2025, 10:07   
Seçilən
83
pravda.az

1Mənbələr