BAKI, 17 iyul. TELEQRAF
İraqdaBağdadın şəhəcənubunda yerləşən Kut şəhərində ticarət mərkəzində güclü yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib.
Onun sözlərinə görə, yanğının səbəbi hələ tam məlum deyil və məsələ ilə bağlı araşdırma aparılır.
"Hadisə nəticəsində təxminən 50 nəfər həyatını itirib. Bölgədə üçgünlük matəm elan olunub", - qubernator qeyd edib.