
ABŞ-lı həkim Cen Günter xəbərdarlıq edib ki, sağlam həyat tərzini seçənlər arasında populyar olan sarıkök tərkibli bioloji aktiv əlavələr ciddi qaraciyər zədələnməsinə səbəb ola bilər. Bu barədə Daily Mail məlumat yayıb.Həkim bildirir ki, təhlükə sarıkökün özündə deyil, məhz kapsul şəklində yüksək dozada satılan əlavələrdədir. Onlar tez-tez immunitet gücləndirici və xərçəngə qarşı qoruyucu vasitə kimi təqdim olunsa da, effektivliyini sübut edən elmi əsaslar yoxdur.“Sarıkökü ədviyyat kimi – yeməyə və ya qəhvəyə qatmaq təhlükəli deyil. Amma onu kapsulda qəbul etmək, xüsusilə yüksək dozalarda və bəzi dərmanlarla birlikdə, qaraciyər çatışmazlığına səbəb ola bilər”, – deyə Cen Günter bildirib.O əlavə edib ki, qidada sarıkökün aktiv maddəsi olan kurkumin az miqdarda mənimsənilir və bu bədən üçün kifayətdir. Amma əlavələrdə bioeffektivlik artırıldığı üçün doza artıqlığı təhlükə yaradır.Ulusum.az
Diqqət Çəkənlər
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”
“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi