Sea Breeze

03–06 iyul 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Şimkent şəhərində Alpaqut Turan döyüş sənəti üzrə 13 ölkənin iştirakı ilə keçirilən I Asiya çempionatına yekun vurulmuşdur.

Çempionatda alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan milli yığma komandasının heyətində Ağdam rayonunu 10 nəfər idmançı təmsil etmişdir.

Onlardan 5-i qızıl, 3-ü gümüş, 2-si isə bürünc medal qazanmışdır.

Əldə etdikləri nailiyyətlər münasibəti ilə

Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov və Ağdam rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Kənan Qədirli idmançılarla görüş keçirmişdir. Görüş zamanı ölkədə idmana göstərilən dövlət qayğısından bəhs edilmiş, idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

Mükafatçılar:
1. Ağayev Qənbər – I yer
2. Qasımzadə Ramazan – I yer
3. Tapdıqlı Əbülfəz – I yer
4. Hüseynov Cahandar – I yer
5. Quluzadə Rəşad – I yer
6. Abbaslı Polad – II yer
7. Sarıyev Fərid – II yer
8. Mirzəyev Ülvi – II yer
9. Əliyev Amid – III yer
10. İbadzadə Vəkil – III yer

ETX
ETX
ETX