AZ

PSJ Palmerə göz dikdi

İngiltərə millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer PSJ-yə keçə bilər.

“Qafqazinfo” bu barədə “Fichajes” nəşrinə istinadən xəbər verir.

Mənbə yazır ki, 23 yaşlı ingilisin transferi üçün Paris klubunun rəhbərliyi 250 milyon avro ödəməyə hazırdır.

Palmer 2023-cü ildə 47 milyon avroya “Mançester Siti”dən “Çelsi”yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, hazırda futbol tarixində ən bahalı transfer yenə PSJ-yə məxsusdur. Belə ki, 2017-ci ildə Paris klubu braziliyalı Neymarın “Barselona”dan transferi üçün 222 milyon avro ödəmişdi.

 

Seçilən
24
1
qafqazinfo.az

10Mənbələr