AZ

"Neftçi"dən retro ruhlu yenif forma - Banişevskinin 80 illiyinə həsr olundu

"Neftçi" PFK 2025/26 mövsümündə istifadə olunacaq yeni ev formasını təqdim edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ qaralar"ın zəngin tarixindən ilhamlanaraq hazırlanan retro dizaynlı forma əfsanəvi futbolçu Anatoli Banişevskinin 80 illik yubileyinə həsr olunub.

Formanın üzərində 2026-cı ilin fevralında 80 yaşı tamam olacaq Banişevskinin "İdeal futbolçu silueti" adlandırılan xüsusi təsviri yer alıb. Bu detal həm klub tarixinə, həm də Azərbaycan futbolunun simvolik şəxsiyyətlərindən birinə ehtiramı ifadə edir.

Yeni formalar "Kappa" şirkəti tərəfindən "Neftçi" üçün eksklüziv olaraq hazırlanıb. Arxa boyun hissəsində işlənmiş 8 və 0 rəqəmlərinin birləşməsi həm əfsanənin 80 illik yubileyini, həm də onun mirasının əbədiliyini simvolizə edir.

Klubdan verilən məlumata görə, forma yaxın günlərdə satışa çıxarılacaq.

Seçilən
48
90deqiqe.az

1Mənbələr