AZ

Ağdaşda kanalda batan yeniyetmə RESPUBLİKA ÇEMPİONU imiş - FOTO

Xəbər verdiyimiz kimi Ağdaşda 17 yaşlı gənc su kanalında batıb.

Bizim.Media-nın yerli bürosu hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.

Belə ki, 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu atası ilə Yuxarı Şirvan kanalına gedib. O, atasının gözü qarşısında Yuxarı Şirvan kanalında çimərkən batıb. Valideyni övladına heç cür kömək edə bilməyib.

Batan yeniyetmə idmanın alpatut növü üzrə respublika çempionu imiş.

Qeyd edək ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.







Bizim.Media

Seçilən
66
12
bizim.media

10Mənbələr