"Atletiko Madrid" forması geyinən argentinalı Rodriqo De Paul karyerasını MLS-də davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "İnter Mayami" ilə anlaşıb.
Bu barədə məlumatı "TyC Sports" yayıb.
Xəbərdə bildirilir ki, futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.
Bu transferdə Messi önəmli rol oynayıb.
Qeyd edək ki, klub tərəfindən rəsmi açıqlama yaxın günlərdə ediləcək.
Kamil Xudiyev