AZ

"Beşiktaş"da daha iki ayrılıq

"Beşiktaş" iki futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, yeni mövsümdən əsas heyətdə düşünülməyən Əl Musrati və Jan Onana klubu tərk edəcəklər.

Bu barədə məlumatı "Bein Sports" yayıb.

Klub tərəfindən futbolçulara yeni klub axtarışlarına başlamaq təklif edilib.

Qeyd edək ki, Əl Musrati 2024-cü ildə "Braqa"dan 12 milyon avro qarşılığında transfer edilmişdi.

Kamil Xudiyev

Seçilən
65
fanat.az

1Mənbələr