AZ

Rusiya dumasından İrəvana mesaj: “Qərar tək Paşinyana aid deyil”

  Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı yayılan bəyanatlara münasibət bildirib. 

Referans Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu məsələni erməni xalqının əsas prioriteti olmadığını bildirib.

Kartapolovun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərar yalnız baş nazir Nikol Paşinyanın iradəsindən asılı deyil. O qeyd edib ki, belə taleyüklü mövzularda parlamentin rolu, mövcud beynəlxalq müqavilələr və xalqın maraqları əsas götürülməlidir.

“Paşinyan istənilən bəyanat verə bilər. Amma bu, təkcə onun qərarı deyil. Ermənistanın gələcəyi xalqın, parlamentin və beynəlxalq öhdəliklərin iradəsi ilə müəyyən olunur”.

Kartapolov eyni zamanda Gümrüdə yerləşən Rusiya hərbi bazasının statusuna da aydınlıq gətirib. Onun sözlərinə görə, bu baza KTMT çərçivəsində deyil, Rusiya-Ermənistan arasında ikitərəfli saziş əsasında fəaliyyət göstərir və öz işini davam etdirəcək.  

Seçilən
30
referans.az

1Mənbələr