UEFA Monteneqronun "Arsenal" (Tivat) klubunu 10 illiyə avrokuboklardan uzaqlaşdırıb.
Offsideplus.az xəbər verir ki, buna adıçəkilən komandanın danışılmış oyunlarda iştirakı səbəb olub.
Belə ki, "Arsenal" 2023-cü ilin iyulunda UEFA Konfrans Liqasının təsnifat mərhələsində Ermənistanın "Alaşkert" klubu ilə səfərdə 1:1 heç-heçə oynayıb.
Cavab matçında isə monteneqrolular doğma divarlar arasında gözlənilmədən 1:6 hesab ilə uduzublar. Özü də ev sahibləri qollardan ikisini uzatma dəqiqələrində buraxıblar.
Nəticədə UEFA "Arsenal"ı 2034/35 mövsümünün sonunadək diskvalifikasiya edib və 500 min avro cərimələyib. Üstəlik, klubun idman direktoru Ranko Krqoviç və futbolçu Nikola Çelebiç ömürlükdən futboldan kənarlaşdırılıblar.
Daha 3 nəfər - Tsetko Manoyloviç, Duşan Puletiç və Radule Jivkoviçin rəsmi yarışlarda futbol oynamasına 10 il müddətinə qadağa qoyulub.
Yeri gəlmişkən, UEFA-nın bu gün qəbul etdiyi digər qərara əsasən, Serbiyanın "Radniçki" klubunun 3 rəsmi şəxsi cəzaya məruz qalıb. Milan Voqneviç 10, Xristos Psomiadis 8, Qoran Yanyuşeviç isə 6 il futbol sahəsində fəaliyyət göstərə bilməz.