AZ

"Sağlam gələcək üçün erkən nikaha yox deyək" adlı tədbir keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndəsi Məleykə Sadıqzadənin təşəbbüsü və Qax rayon təhsil sektorunun dəstəyi ilə "Sağlam gələcək üçün erkən nikaha yox deyək" adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə erkən nikahla bağlı iki video çarx nümayiş etdirilib, tədbir iştirakçılarına erkən nikahın qarşısının alınması, bu problemin fəsadları barədə maarifləndirmə aparmaq, və gənc nəslin hüquqlarının qorunması haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən qonaqlar, həmçinin gənclərə təhsil almağın, şəxsi inkişafın və ailə qurmaq üçün yetkin yaşa çatmağın vacibliyini çatdırmağa, valideynlərə və ictimaiyyətə erkən nikahların mənfi nəticələri barədə məlumat verdilər.

Seçilən
18
qht.az

1Mənbələr