AZ

"Fəbərbağça"da legioner problemi

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Fənərbağça" yeni bir problemlə üzləşib.

Fanat.Az xəbər verir ki, Türkiyə nəhəngi legioner futbolçuları komandadan göndərməkdə çətinlik çəkir.

Bu barədə məlumatı "Takvim" yayıb.

Mənbənin məlumatına görə bu futbolçulardan biri Sofyan Amrabatdır.

Maliyə səbəblərindən futbolçuya hələ də heç bir klubdan təklif gəlməyib.12 milyon sərbəst qalma bədəli olan mərakeşli yarımmüdafiəçi "sarı-lacivərdlilər"in heyətində ilinə 5 milyon avro qazanır.

Qeyd edək ki, 28 yaşlı futbolçunun klubu ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.

Kamil Xudiyev

Seçilən
30
2
fanat.az

3Mənbələr