AZ

Morata Türkiyədən getmək istəyir

"Qalatasaray"ın ispaniyalı forvardı Alvaro Morata klubu tərk etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, futbolçu komanda ilə məşqlərə 5 gün gec başlayıb.

Bu barədə məlumatı "Takvim" yayıb.

Xəbərdə futbolçunun Türkiyə çempionundan onun transferi üçün icazə istədiyi bildirilir.

Ehtiyatda qalmaq istəməyən təcrübəli futbolçu Okan Burukun yeni hücumçu alınana qədər heyətdə qalmaq təklifini rədd edib.

Qeyd edək ki, Morata ötən mövsüm "Qalatasaray"ın heyətində çıxıdığı 16 matçda 7 qol və 3 asistlə fərqlənib.

Kamil Xudiyev

Seçilən
27
fanat.az

1Mənbələr