AZ

"Sabah"a 2 qol vuran futbolçu cavab matçından öncə belə danışdı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah Azərbaycan təmsilçisi "Sabah"ı qəbul edəcək "Sele"nin hücumçusu Franko Kovaçeviç Sloveniyadakı matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Masazırdakı görüşdə komandasının 3:2 hesablı qələbəsinə 2 qolla töhfə verən forvard mətbuat konfransında belə danışıb:

"İlk qarşılaşma istədiyimiz kimi başlamadı, amma tez toparlandıq və sonda qələbə qazandıq. Bakıda vurduğum hər iki qolda işin çoxunu komanda gördü. Mən, sadəcə, son toxunuşu edərək topu qapıya göndərdim. "Sele"də özümü yaxşı hiss edirəm, komanda məni gözəl qarşıladı. Uğur üçün rəqib haqqında lazım olan bütün məlumatlara sahib olmalıyıq. Məşqçi matçın planını hazırlayan şəxsdir və onun tapşırıqlarını mümkün qədər yaxşı yerinə yetirməyə çalışmalıyıq".

Qeyd edək ki, "Sele" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 

Seçilən
20
fanat.az

1Mənbələr