İsrail hava qüvvələri bu gün Suriyanın paytaxtı Dəməşqə ikinci hava zərbəsi endirib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Baş qərargahdan sonra Ahmet Şaraanın oturduğu Prezident Sarayı da bombalanıb.
İsrailin müdafiə naziri Yisrael Katz isə druzların yaşadığı bölgədən Suriya ordusunun geri çəkilməyəcəyi təqdirdə, daha ağır həmlələrin olacağını açıq dillə xəbərdarlıq edib: "Suriya quldur rejiminə bağlı dəstələr ölkənin cənub-qərb hissəsindəki Sveydadan tamamilə geri çəkilməyəcəyi təqdirdə, daha şiddətli zərbələr olacaq. Suriyadakı qardaşlarınızı qorumaq İsrail ordusu ayaqdadır. Druzlar qardaşlarımz bizə arxayın ola bilər!"
İsrailin Baş naziri Benyamin Netanyahu da "Druziləri qorumaq" öhdəlikləri olduğunu xatırladıb və bütün qüvvə ilə Suriyaya zərbəyə ahzır olduqlarını bəyan edib. O, druzilərə xitabən deyib: "Sizdən bir xahişim var. Siz İsrail vətəndaşısınız. Sərhədi keçməyin. Biz sizi quldurlardan qoruyacağıq. Sərhədi keçərək həyatlarını təhlükəyə atmağa can atan qardaşlarımız deyirəm: geri evlərinizə dönün. İsrail ordusu yanınızdadır, bizim hərəkətə keçməyimizə zəmin yaradın!"
Suriya Prezident Sarayı yaşananlarla bağlı qısa açıqlama yayıb: "Suriya dövləti son günlər Sueyda əyalətinin bəzi bölgələrində baş verən gərgin an və qanunsuz halları diqqətlə izləyir. Bu hərəkətlər cinayət və qeyri-qanuni davranışdır, heç bir halda qəbuledilməzdir. Suriya dövlətinin əsasını qoyduğu prinsiplərə tamamilə ziddir. Suriya hökuməti olaraq, biz bu iyrənc hərəkətləri qətiyyətlə pisləyirik. Eyni zamanda, insidentləri araşdıracağımızı və günahkarlaırn məsuliyyətə cəlb olunacağına söz veririk. Biz heç vaxt imkan verməyəcəyik ki, bu cür hərəkətlər cəzasız qalsın”.
ABŞ-ın Ankaradakı səfiri Thomas Barrak da Suriyada yaşananlara reaksiya verib: "Sveydada mülki insanlara qarşı zorakılığı birmənalı şəkildə pisləyirik. Bütün tərəflər geri çəkilməli və davamlı atəşkəsə aparan dialoqa başlamalı və günahkarlar cavab verməlidir".
Lamiyə Əhmədli
MİA.AZ