AZ

Milan Şəhər Bələdiyyəsində axtarışlar aparılıb, saxlanılanlar var

Roma, 16 iyul, AZƏRTAC

İtaliyanın maliyyə polisi Milan Şəhər Bələdiyyəsinin binasında xüsusi əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, Milan Prokurorluğunun qərarı ilə bələdiyyə binasındakı ofislər də daxil olmaqla, 24 yerdə axtarış həyata keçirilib. Şəhərin bərpası üzrə şuranın üzvü Ciankarlo Tansredi, məşhur memar Stefano Boer və sahibkar Manfredi Katella daxil olmaqla, 6 nəfər saxlanılıb. Onların bəzilərinin ofis və evlərində axtarışlar aparılıb. Axtarışlar satınalmalarla bağlı olub, korrupsiya və saxtakarlıq da ittihamlar arasındadır.

Qeyd edək ki, Manfredi Katella daşınmaz əmlakla bağlı layihələrdə iştirak edən “Coima” qrupunun qurucusu və baş direktorudur.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
80
azertag.az

1Mənbələr