AZ

Bakıda qətl törədən yeniyetmə: "Adam öldürmüşəm, haqqınızı halal edin" - MƏHKƏMƏ

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.
Onun ifadəsin hadisə yerində yoxlanılması protokolu elan edilib. O, həmin sənəddə hadisənin baş verməsinin ardıcıllıqla göstərib və təsvir edib.
Daha sonra hadisənin baş verməsi zamanı müşahidə kameraları tərəfindən lentə alınan video görüntülər nümayiş etdirilib.
Bundan sonra elan olunan sənədlərdən məlum olub ki, "Məhəllə" kafesinin yaxınlığında qətl törədən H. Kazımov qohumlarına zəng edib və deyib ki, adam öldürmüşəm, haqqınızı halal edin, rayona qaçıram" , deyə bildirib.
Həmçinin prosesdə cinayət işində ekspertiza rəyləri açıqlanıb. Təqsirləndirilən şəxsin qanundan götürülən analizin nəticələrindən məlum olub ki, onun qanunda elit spirtli içkini nümunəsi müəyyən olunsa da, narkotik vasitənə aşkar edilməyib
Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisin nümayəndəsi bildirib ki, qətl hadisəsinin H. KaImov tərəfindən törədilməsi üçün video görüntülər var, həmin görüntüləri yoxdur.
Hakim deyib ki, işdə video görüntülər çoxdur, növbəti iclasda həmin görüntülər də nümayiş etdiriləcək.
Növbəti proses iyulun 23-də davam edəcək.
Qeyd edək ki, qətllə bağlı şübhəli şəxs qismində 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilərkən, o, yetkinlik yaşına çatmadığına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün nəzərdə tutulmuş Penitensiar Müəssisəsində saxlanılıb.
İttihamda bildirilib ki, Həsən Kazimov 16 noyabr 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən, kafenin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmaqlarına iradını bildirib.
Bu zaman Adil Ismayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bundan sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə edərək əlbəyaxa olublar.
İstintaq zamanı o da müəyyən olunub ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov həyatını itirir.
Həsən Kazımov ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək, baş verən hadisəni 8 nəfərin onunla mübahisə edərək əlbəyaxa olması zamanı baş verdiyini deyib.
Baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində cinayət məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı digər maddələrlə də ittiham irəli sürülüb.

Seçilən
30
teleqraf.com

1Mənbələr