Corciya şerifinin zabiti polis itini istidə avtomobildə qoyaraq onun ölümünə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə Corciyadakı Dade qraflığının şerif ofisi məlumat yayıb.
Yayılan xəbərə görə, Corciya adlı itə məsul olan şəxs onu patrul avtomobilində tək qoyub. Bu zaman çöldəki temperatur təxminən 38 dərəcə selsi olub. Qeyd olunur ki, itin ölümündən sonra şərif idarəsi araşdırmalara başlayıb və müəyyən edib ki, patrul avtomobilində kondisioner kompressoru və temperatur xəbərdarlığı işığı sıradan çıxıb. İdarənin yekun bəyanatında qeyd olunub ki, bu vəziyyət, eləcə də itin qeyri-münasib müddət ərzində nəzarətsiz qalması faktı onun ölümünə səbəb olub.
Hadisədən sonra zabit işdən qovulub.