16 yaşlı rusiyalı fiqurlu konkisürən Nadejda Ponteleenko 4 il müddətinə diskvalifikasiya edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyi (RUSADA) məlumat yayıb.
Buna səbəb onun qanında qanunsuz maddənin aşkarlanmasıdır.
İdmançının cəza müddəti 2024-cü il aprelin 19-dan sayılacaq və 2028-ci il aprelin 18-dək davam edəcək.