BAKI, 16 iyul. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Xocavənd rayonunun Xanoba kəndində fərdi yaşayış evlərini təmir edəcək.
Teleqraf xəbər verir ki, qurum kənddə ümumi sahəsi 5217,30 kv/m olan 31 ədəd fərdi yaşayış evinin təmiri məqsədilə “Real-İnşaat” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 1 milyon 815 min 610 manat təşkil edib.
Müvafiq işlərin görülməsinə iyulun 9-da başlanılıb, dekabrın 5-ə qədər bitməyi planlaşdırılır.