AZ

Avropa İttifaqı Ukrayna üçün silah almayacağını bəyan edib

Avropa İttifaqının (Aİ) daxili qaydaları Kiyev üçün ABŞ silahlarının alınması üçün Aİ büdcəsindən birbaşa vəsait ayrılmasına imkan vermir.

Editor.az xəbər verir ki, bunu müsahibəsində Avropanın müdafiə komissarı Andrius Kubilius deyib.

Onun sözlərinə görə, bu, üzv dövlətlərdən öz milli büdcələrindən, o cümlədən Avropa İttifaqından alınan vəsaitlərdən istifadə etməyi tələb edəcək.

Agentliyin mənbəsi bildirib ki, Avropa Komissiyası Aİ ölkələrini 150 milyard avroluq ümumavropa kreditindən birgə hərbi satınalmalar üçün istifadə etməyə məcbur edə bilər.

Kubilius əlavə edib ki, bu addım icmanın Ukraynanı hərbi təchizatla təmin etmək üçün öz vəsaitlərindən istifadə etmək potensialını daşıyır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
editor.az

1Mənbələr