AZ

İsrail Dəməşqi bombaladı - Netanyahudan kritik mesaj: “Vəziyyət çox ciddidir”

İsrail və Suriya arasında gərginlik yenidən artıb.

Publika.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşq şəhərinə - Suriya Baş Qərargahı və Müdafiə Nazirliyi binalarına qarşı hava zərbələri endirib.

Bu hücumlardan dərhal sonra İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdəki Prezident İqamətgahına zərbələr endirib.

Bunun ardından baş nazir Benyamin Netanyahu açıqlama yayıb. “Suriyada vəziyyət çox ciddidir”, - deyə o vurğulayıb.

Suriya Prezident Administrasiyası hücumları qəbuledilməz elan edərək, onların “cinayətkar və qeyri-qanuni davranış” olduğunu bildirib.

“Suriya hökuməti olaraq biz bu iyrənc hərəkətləri qətiyyətlə pisləyirik və bütün əlaqəli hadisələri araşdırmaq və günahkar olanların hamısını məsuliyyətə cəlb etmək öhdəliyimizi bir daha bəyan edirik”, - deyə dövlət mediasında bildirilib.

Seçilən
54
publika.az

1Mənbələr