AZ

İran parlamentindən ABŞ qərarı: İlkin şərt olmadan danışıqlar aparılmayacaq

İran ABŞ-la nüvə danışıqlarının bərpası üçün ilkin şərtlər qoymalıdır.

Publika.az xəbər verir ki, belə bir tələblə İran parlamentariləri çıxış edib.

"Nə qədər ki, ABŞ İranı danışıqlardan çaşdırmaq və İsrailin hücumunu ört-basdır etməklə məşğuldur, əvvəlki kimi dialoq aparmaq mümkün deyil. İlkin şərtlər irəli sürülməlidir və o vaxta qədər heç bir yeni danışıqlar mümkün deyil”, - parlamentarilərin bəyanatında qeyd olunub.

Qeyd edək ki, İran və ABŞ rəsmiləri aprel-may aylarında nüvə proqramı üzrə beş raund məsləhətləşmələr keçiriblər. İki ölkənin nümayəndə heyətləri arasında danışıqların altıncı raundu iyunun 15-nə təyin edilib. İyunun 13-də İsrailin İrana qarşı hərbi əməliyyatına başlaması və bunun ardınca ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbindən danışıqlar prosesi dondurulub. İyunun 24-də isə İran və İsrail arasında atəşkəs əldə edilib.

İran rəsmiləri heç vaxt danışıqlardan imtina etmədiklərini qeyd ediblər, lakin təcavüzün təkrarlanmayacağına dair ABŞ-dan təminat almağın vacibliyini vurğulayıblar. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin iyulun 15-də verdiyi məlumata görə, Tehran və Vaşinqton nüvə dosyesi üzrə danışıqların yeni raundunun yeri və vaxtı ilə bağlı hələlik razılığa gəlməyiblər.

Seçilən
34
publika.az

1Mənbələr