Əfqanıstanın cənubundakı Helmand əyalətində baş verən yol qəzasında azı 11 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bakues.az “DHA”ya istinadən xəbər verir ki, bu barədə əyalət polisi açıqlama verib.
Açıqlamaya görə, hadisə Heratı paytaxt Kabillə birləşdirən magistral yolun kənarında, Vaşir rayonunun Kariz ərazisində baş verib. Sərnişin avtobusunun digər avtomobillə toqquşması nəticəsində 11 sərnişin yerindəcə ölüb, 4 nəfər yaralanıb.
İlkin araşdırma zamanı məlum olub ki, qəzaya sürücünün ehtiyatsız davranması səbəb olub. Yaralılar yaxınlıqdakı tibb mərkəzlərinə aparılıb, tibb işçiləri onların vəziyyətini kritik kimi qiymətləndiriblər.
Asim