"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Klublararası Dünya Çempionatı barədə fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssis klubların bu turnirdə yenə iştirak etmək istədiklərindən əmin olduğunu bildirib:
"Turnirdə iştirak edən bütün komandalar arasında sorğu keçirtsəniz, 100 faiz bunu təkrar etmək istəyərlər".
Qeyd edək ki, KDÇ yeni formatda ilk dəfə bu il ABŞ-da təşkil olunub. Ötən həftə başa çatan turnirin qalibi "Çelsi" olub.