AZ

Suriya hökumətinin mövcudluğu TƏHLÜKƏDƏ?

Yazını böyüt
Yazını kiçilt

“Suriya Prezidentinin Azərbaycana səfəri kifayət qədər önəmli hadisədir və bu, iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verəcək”.

Bu fikirləri hafta.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi bildirib ki, Suriya-Azərbaycan əlaqələrinin tarixi kökləri və ölkələrimizi yaxınlaşdıran mənəvi bağlar var:

"Bəşər Əsəd dönəmində Suriya-Azərbaycan əlaqələri qırılma nöqtəsinə çatdı. Bəşər Əsədin işğalçı Ermənistanla münasibətlərini inkişaf etdirməsi, həmçinin qardaş Türkiyəyə qarşı düşmən münasibət sərgiləməsi Azərbaycan-Suriya əlaqələrinə olduqca mənfi təsir etmişdi. Lakin Əhməd Əl-Şaara hakimiyyətə gəldikdən sonra iki ölkə arasındakı əlaqələr üçün perspektivlər yarandı”.

Siyasi ekspert diqqətə çatdırıb ki, Əsəd devrilən zaman İsrail Suriyaya məxsus olan hərbi obyektərin və silah anbarlarının 80 faizini məhv etdi. Ona görə də hazırda Suriyanın hərbi potensialı kifayət qədər aşağıdır və müharibə Suriya hökumətinin mövcudluğunu sual altına sala bilər:

“Suriya diplomatik təmasların önə çıxmasına çalışır. Hazırda Suriyanın Qolan təpələri daxil olmaqla müəyyən əraziləri İsrail tərəfindən işğal olunub. Suriya ilə ən yaxın ölkə Türkiyədir. Türkiyə isə İsraillə düşmən mövqedədir. Azərbaycanın isə İsrail, Türkiyə, Suriya ilə yaxın münasibətləri var. Belə olan halda Azərbaycan Suriya və İsrail arasında diplomatik təmasların önə çıxmasına nail ola bilər".

Ə.Zülfüqarlı eyni zamanda bildirib ki, Azərbaycan barışdırıcı güc olaraq beynəlxalq siyasi səhnədə olduqca effektiv olan vasitəçilik missiyasını uğurla həyata keçirmiş ölkədir:

“Məsələn, Türkiyə-İsrail, Suriya-İsrail münasibətləri ilə bağlı Azərbaycanın atdığı uğurlu addımları misal göstərmək olar. Ona görə də Suriya da Azərbaycanın potensialına bələddir. Bu baxımdan hesab edirəm ki, hazırda diplomatiyaya ciddi ehtiyacı olan Suriya üçün Azərbaycan çox önəmli ölkədir. Suriya-Azərbaycan əlaqələri təkcə iqtisadi deyil, həm də geosiyasi aspektdən mühüm əhəmiyyətə malikdir”.

Seçilən
65
hafta.az

1Mənbələr