Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "QAZel" markalı yük maşını "VAZ 2107" markalı avtomobilə arxadan çırpılıb. "VAZ 2107" yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində "VAZ-2107"nin sürücüsü xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.