AZ

“Qəbələ” Xəyyam Məmmədlini yenə icarəyə verdi

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Qəbələ” yarımmüdafiəçisi Xəyyam Məmmədlini yenə icarəyə göndərib.

Arena.az xəbər verir ki, sözügedən futbolçu qarşıdakı mövsümü “Baku Sportinq”də icarədə keçirəcək.

Bu barədə “Baku Sportinq”in mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Xəyyam Məmmədli “Qəbələ”nin öz yetirməsidir. 20 yaşlı yarımmüdafiəçi ötən mövsümü də “Difai”də icarədə keçirib.

Seçilən
51
arena.az

1Mənbələr