AZ

Normal həyat yaşaya bilməyən TANINMIŞLAR - FOTO

Yazını böyüt
Yazını kiçilt

Milyonlarla pərəstişkar, qırmızı xalçalar, limuzinlər... Məşhurlar həyatı cangüdənsiz, Instagram filtrsiz və fanatsız təsəvvür edə bilməz. Amma bəzən bu mühitdən çıxıb adi insanlar kimi yaşamaq istəyirlər. Təəssüf ki, bu cür cəhdlər çox vaxt gözlənilməz narahatlıqlar, məyusluqlar və təəssüflərlə başa çatır.

Hafta.az-ın bu məqaləsində məhz bu cür məşhurlardan bəziləri haqda söz açacağıq:

Naomi Uotts

2007-ci ildə bir uşaq dünyaya gətirdikdən sonra Naomi Uatts sadəcə ərzaq mağazasından alış-veriş etməyə qərar verdi və Los-Ancelesdəki orqanik bazara getdi. Bununla belə, hər yerdə paparassilər var idi: bəziləri pəncərədən, bəziləri rəflərdən, kameralarını aktrisaya yönəldirdi. Evindən adi geyimdə çıxan və şoka düşən Uotts mağazadan 30-a yaxın paparassini çıxarmaq üçün polisə müraciət edib. Daha sonra rəfiqəsi avtomobilini mağazanın qapısının ağzına sürərək aktrisanı xilas edib.

Kevin Bekon

Bu fikir şöhrətdən yorulan aktyor Kevin Bekonun ağlından keçəndə təcrübə sınamaq qərarına gəlib. O, xüsusi effektli ustanın köməyi ilə qalın protez düzəldib və saxta burunlu, əyri dişli, eynəkli maskada çölə çıxıb.

“Yeni” Kevin ticarət mərkəzinə gedəndə onu heç kim tanımırdı. Amma gözlənilən azadlıq əvəzinə aktyor soyuq və kobud münasibətlə üzləşib. İnsanlar fərqinə varmayaraq onu itələyir, buraxmır, hətta pis sözlər deyirdilər.

"Bu, tamamilə xoşagəlməz bir təcrübə idi. Bundan sonra yenidən məşhur olmaq istədim" deyib.

Qvinet Peltrou

Aktrisa Qvinet Peltrou “Sevgi kordur” filmindəki roluna görə onu həddindən artıq kökəlmiş kimi göstərən xüsusi kostyum geyinməli olub. Bir gün aktrisa həmin kostyumda çölə çıxmaq qərarına gəlib. O, Tribeca Grand Hotelin dəbdəbəli foyesinə daxil olarkən Peltrou ona yönəlmiş soyuq və laqeyd baxışları hiss edib.

"Ətrafımdakı insanların mənə rişxəndlə baxdığını və çoxlarının da ümumiyyətlə mənə məhəl qoymadığını hiss edirdim" deyib. Hörmət əvəzinə laqeydlik görən aktrisa bir daha belə bir şey yaşamamaq qərarına gəlib.

Teylor Momsen

“How the Grinch Stole Christmas” filmində şirin qız Sindi Lou obrazını təcəssüm etdirən Teylor Momsen məktəb illərində adi həyatı aktyorluqla birləşdirməyə çalışsa da, bu qərar ona baha başa gəlib.

"Məktəbdə heç kim adımı belə bilmirdi. Mən sadəcə "The Grinch" filminin qızı idim" deyə xatırlayır.

Hətta yeni məktəbə köçmək də aktrisanı xilas etməyib: dostluq etmək arzusu puç olub, ətrafındakıların paxıllığı və rədd edilməsi gənc aktrisanın özünəinamını sarsıdıb. Nəticədə onun normal uşaqlığı olmayıb.

Şeron Stoun

Aktrisa Şeron Stoun tanışlıq proqramı vasitəsilə can yoldaşını tapmağa çalışıb. Lakin onun hesabı tez bloklanıb. Çünki istifadəçilər onun əsl Şeron Stoun olduğuna inanmırdılar. Tətbiqin nümayəndələri belə şərh ediblər: "Sən çox gözəl qadınsan, belə bir aktrisanın tanışlıq saytında olması inanılmazdır".

Nəticədə xoşbəxtliyini virtual tanışlıq vasitəsilə axtaran Stounun bu dəfə də bəxti gətirməyib.

Seçilən
54
hafta.az

1Mənbələr