AZ

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

Bakı. Trend:

Prezident İlham Əliyev “İcra məmurları haqqında”, “İcrahaqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəqanunu imzalayıb.

Trend xəbərverir ki, “İcra məmurları haqqında” Azərbaycan RespublikasınınQanununda edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyətiorqanında icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi buQanunla və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AzərbaycanRespublikasının Qanunu ilə tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğaqəbulu “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş qulluğa qəbulun şərtlərinəzərə alınmaqla müsabiqənin keçirilməsi yolu ilə aparılır.Müsabiqə test imtahanından və söhbətdən ibarətdir. Müsabiqədənuğurla keçmiş namizədlər icra məmuru qismində fəaliyyət göstərməküçün müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsindəazı 3 aylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimimüvəffəqiyyətlə bitirmiş namizədlər qulluğa qəbul edilirlər.Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbuluilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası müvafiqicra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icrahakimiyyəti orqanında icra məmurlarına qanunla müəyyən edilmişqaydada xüsusi rütbə verilir.

İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsivə sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinəhesabının vəsaitindən istifadə edilir.

Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqişəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərinicrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi “Ədliyyəorqanlarında qulluq keçmə haqqında” Azərbaycan RespublikasıQanununun 25-1.2-ci maddəsində göstərilən məqsədlər üçün ədliyyəorqanlarının xüsusi xəzinə hesabına köçürülür.

“İcra haqqında” Qanununda edilən dəyişikliyə əsasən, xidmətivəzifəsinin icrası ilə əlaqədar icra məmuru “Ədliyyə orqanlarındaqulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunolaraq ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitihesabına mükafatlandırıla bilər.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda ediıəndəyişikliyə əsasən, ədliyyə orqanlarının xüsusi xəzinə hesabıyaradılır.

Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabınaköçürülür:

icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabındantutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cümaddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həminQanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərininhəyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusixəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərinqaytarılması ilə bağlı vəsait;

cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqişəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərinicrası ilə əlaqədar daxil olan vəsaitin “İcra məmurları haqqında”Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncühissəsində nəzərdə tutulmuş məbləği;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrindəməhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərəgörə ödənilən haqq.

Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsait aşağıdakıməqsədlərə sərf edilir:

ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digərişçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;

dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusirütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifəmaaşlarına əlavənin verilməsinə;

ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digərişçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki vəsosial bazasının möhkəmləndirilməsinə;

ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllərqulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin,habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuşşəxslərin ailə üzvlərinin sosial müdafiəsiningücləndirilməsinə;

icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərinicraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitlərihesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərinödənilməsinə;

ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına,elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativhəllərin öyrənilməsinə və tətbiqinə.

Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsaitdənistifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən olunur.

Seçilən
21
22
az.trend.az

10Mənbələr