Bu gün paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qətl törədilib.
Avtosfer.az xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi 2 ünvanında qeydə alınıb. Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova aldığı güllə xəsarətlərindən vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Vasif Kərimov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.