“Latsio” azarkeşləri klub rəhbərliyinə etiraz ediblər.
QOL.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
Bu gün Romada azarkeşlər klubun prezidenti Klaudio Lotitoya qarşı etiraz yürüşü keçirilib. Bildirilir ki, aksiyada 8 minə yaxın insan iştirak edib. Azarkeşlər həmçinin funksionerin əleyhində yazılan olan bannerlə nümayiş etdiriblər.
Aksiya zamanı “Latsio” azarkeşlərindən ibarət nümayəndə heyəti şəhərin əsas tədbirlər, idman, turizm və moda üzrə müşaviri Alessandro Onorato ilə görüşüb.