“Beşiktaş”ın baş məşqçisi Ole Qunnar Sulşer hazırkı klubunu “Mançester Yunayted”lə müqayisə edib.
Publika.az xəbər verir ki, 52 yaşlı norveçlinin sözlərini “Manchester Evening News” sitat gətirib.
Sulşer 2018-ci ilin dekabr ayından etibarən “Mançester Yunayted”ə rəhbərlik edib. Üç uğurlu mövsümdən sonra o, dördüncü mövsümün startında uğursuzluğa düçar oldu və 2021-ci ilin noyabrında istefaya getdi.
Sulşer “Beşiktaşa qarşı hər zaman hisslərim olub. “Mançester Yunayted” də oxşar klubdur. “Beşiktaş” həm də Türkiyəni avrokuboklarda təmsil edən ilk komandadır” deyib.
Norveçli mütəxəssisin sözlərinə görə, o, “qara qartallar”ın yalnız üçüncü cəhdində baş məşqçi olub, çünki əvvəllər başqa məşqçilərə arxalanmağa qərar veriblər.
“Beşiktaş tarixindəki uğurun bir parçası olmağa razılaşdım. Üçüncü cəhdimdə “Beşiktaş”a gəldim. İlk cəhddə razılaşdım, amma olmadı, Fernando Santos baş məşqçi oldu.