AZ

Beyləqanda qətl hadisəsi baş verib

Beyləqanda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Beyləqan rayonunun Bolsulu kəndində qeydə alınıb. İyulun 15-də gecə 1967-ci il təvəllüdlü Bəsti Həsənovaya yaşadığı evdə xəsarətlər yetirilib. Qadın xəstəxanaya çatdırılıb və iyulun 16-da orada ölüb.
Hadisəni törətməkd şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
43
16
apa.az

10Mənbələr