Premyer Liqaya yeni yüksələn "Sanderlend" Qranit Cakanı heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "qara pişiklər" isveçrəli yarımmüdafiəçinin mümkün transferi üçün araşdırmalar aparır.
Bu barədə "Foot Mercato" məlumat yayıb.
"Sanderlend"in bu keçiddə rəqibi Səudiyyə Ərəbistan klubu "Neom" olacaq. Onlar 32 yaşlı futbolçuya illik 10 milyon avro məvacib təklif edib.
Caka 2023-cü ildən "Bayer"də çıxış edir. O, İsveçrə milli komandasının heyətində 137 oyuna çıxıb və 14 qol vurub.