İtaliya ABŞ-dan Ukrayna üçün silah alınması təşəbbüsündə iştirakdan imtina edib. İmtinanın əsas səbəbi büdcədə vəsait çatışmazlığı olub.
Herbiand.az bildirir ki, bu barədə İtaliyanın La Stampa və La Republica nəşrləri məlumatlı mənbələrə istinadən yazır.
Beləliklə, Fransa, Çexiya və Macarıstandan sonra İtaliya da Almaniyadan nümunə götürməkdən imtina etdi. Almaniya bu həftə Ukraynaya sonradan təhvil vermək üçün ABŞ-dan Patriot sistemləri almağı planlaşdırdığını açıqlayıb.
Bəxtiyar CƏFƏRLİ