AZ

“AtaSığorta” şirkətinə 1 ayda 2 dəfə icrası məcburi göstəriş verilib

Mərkəzi Bank  may ayında “AtaSığorta” ASC-yə və “A-Qroup Sığorta Şirkəti” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə məlumatlar yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “AtaSığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir. 

Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “A-Qroup Sığorta Şirkəti” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “A-Qroup Sığorta Şirkəti” ASC-yə icrası məcburi sərəncam verilmişdir.

Qeyd edək ki, bundan əvvəl də may ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-də aparılan monitorinq zamanı aşkar edilən kibertəhlükəsizlik tələblərinin pozulması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “AtaSığorta” ASC-yə icrası məcburi göstəriş verilmişdir.

Mart ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən yoxlama tədbirləri çərçivəsində “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə sığorta qanunvericiliyinin tələblərinin təmin edilməsi məqsədilə ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilmişdir.

Seçilən
69
10
marja.az

10Mənbələr