AZ

Avropa İttifaqı Gürcüstandan bir neçə qanunun ləğvini tələb etdi

TBİLİSİ, 16 iyul. TELEQRAF

Avropa Komissiyasının Gürcüstana göndərdiyi məktubda ölkədə qəbul edilmiş bir neçə qanunun ləğvi tələb olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili bildirib.

Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” Qanun və “Ailə dəyərləri və yeniyetmələrin müdafiəsi” haqqında qanunvericilik paketinin ləğvi ilə yanaşı LGBT üzvlərinin hüquqlarının tam müdafiəsi də tələb edilib.

Komitə sədri bu və ya digər qanunun ləğvi üçün resursun olub-olmamasının nəzərdən keçiriləcəyini qeyd edib:

“Avropa İttifaqı Gürcüstandan qanunun ləğvini tələb edir, məktubda konkret tarix göstərilməyib, lakin son tarixin 31 avqust olduğu bildirilir. Parlament işinə rəsmi olaraq sentyabrın 2-də dönəcək, buna görə də qanunların həmin tarixədək ləğvi fiziki baxımdan mümkün deyil”.

L.Maxaşvili deyib ki, Gürcüstan üçün vizasız rejimin dayandırılması təhlükəsi yoxdur.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Gürcüstana tövsiyələrin yerinə yetirilməsi üçün avqust ayının sonunadək vaxt verib. Tövsiyələrin yerinə yetirilməyəcəyi təqdirdə Aİ və Gürcüstan arasında 2017-ci ilin martından qüvvədə olan vizasız gediş-gəliş rejimi dayandırıla bilər.

Seçilən
107
14
teleqraf.com

10Mənbələr