Məşhur portuqaliyalı məşqçi Karluş Keyruşun yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Oman yığmasına baş məşqçi təyin edilib. Bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Keyruş son olaraq Qətər millisini çalışdırıb. O, daha əvvəl İran, Portuqaliya, Cənubi Afrika Respulikası, Kolumbiya və Misir yığmalarında işləyib.