BAKI, 16 iyul. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Xocavənd rayonunun Hadrut qəsəbəsində ümumi sahəsi 7236,90 kvadratmetr olan 43 ədəd fərdi yaşayış evinin təmirinə 2 milyon 521 min 944 manat vəsait ayırıb.
Teleqraf xəbər verir ki, təmir işləri “Real-İnşaat” MMC-yə həvalə olunub.
Müvafiq işlərin görülməsinə iyulun 9-da başlanılıb, bu ilin sonuna qədər bitməsi planlaşdırılır.
Qeyd edək ki, “Real-İnşaat” MMC Qərbi Avropa – Qərbi Çin Beynəlxalq Nəqliyyat Koridoru, Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun yenidənqurulması və körpünün tikintisi, Şəmkir, Tovuz, Sabirabad, eləcə də, Cəlilabad və Ağstafa rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini həyata keçirib.