Ermənistan hakimiyyəti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasına çalışır və bu işdə xalqının köməyinə ümid edir.
Herbiand.az xəbər verir mki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
"Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh olacaq. Və əslində biz bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və işləməkdə davam etməliyik. Və inanıram ki, erməni xalqı bu məsələdə bizə kömək edəcək, mən buna əminəm".