AZ

“Aston Villa” Marko Bizotu heyətinə qatdı

“Aston Villa” 34 yaşlı niderlandlı qapıçı Marko Bizotu “Brest”dən (Brest, Fransa) tamhüquqlu əsasda “şirlər”in düşərgəsinə qatıb.

Arena.az bu barədə “Aston Villa”nın rəsmi saytına istinadən məlumat verir.

Tərəflərin razılışdırdığı müqavilənin müddəti açıqlanmır. Həmçinin Birmingem klubunun keçidi gerçəkləşdirdiyi məbləğ haqda məlumat verilməyib.

Marko Bizot “Ayaks”ın məzunudur. Qapıçı, karyerası ərzində “Kambyur”, “Qroninqen”, “Genk”, “AZ Alkmar” və “Brest”də çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Bizot “Brest” üçün 41 oyun keçirib, 68 qol “yeyib”, 12 oyundan “quru” qurtulub.

Marko Bizot 2020-ci ilin noyabr ayında Niderland yığmasının heyətində debüt edib, 1 qol buraxıb.

“Transfermarkt” internet portalı 34 yaşlı niderlandlı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
arena.az

1Mənbələr