AZ

İmamoğlu hakim qarşısında prokurorla dilləşdi: "Mənə baxma” - Məhkəmədən ilk foto yayıldı

Bu gün İstanbulun həbsdə olan CHP-li sabiq sədri Əkrəm İmamoğlu İstanbul Baş prokuroru Akın Gürlek və ailəsini təhdid etmək ittihamı ilə hakim qarşısıan çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ittihama görə 7 il 4 aya qədər həbsi planlanan Əkrəm İmamoğlunun məhkəməsinin keçirildiyi İstanbul 14-cü Ağır Cəza Məhkəməsində Silivridə keçirilən iclasına CHP sədri Özgür Özəl, İmamoğlunun həyat yoldaşı, oğlu Səlim İmamoğlu, CHP-nin İstanbul üzrə təşkilat sədri Özgür Çelik və çoxlu sayda millət vəkili qatılıb.

Mlumata əsasən, İmamoğlu müdafiə çıxışı edərkən ittihamı müdafiə edən prokuror İmamoğluna ona baxmamasını tələb edib. Əkrəm İmamoğlu bu zaman iclasa sədrlik edən hakimə dönüb və dəfələrlə “Mənə prokurora baxmaq qadağandırmı?”, - deyə sualı verib: "Bu zaman məhkəmə zalında olan millət vəkilləri stolları döyməyə başlayıblar, CHP-lilər dəsətk şüarları səsləndiriblər. Hakimin ard-arda xəbərdarlığından sonra sakitlik yaranıb və İmamolu ifadəsiini davam etdirib".

Firudin Səfərli

MİA.AZ

Seçilən
65
1
mia.az

2Mənbələr