AZ

Əkbər Novruzlu saxlanıldı

"Epi" adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Bakı bulvarındakı tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.


Seçilən
29
27
news24.az

10Mənbələr