AZ

“Ermənistan Elektrik Şəbəkəsi” Türkiyə şirkəti idarə edə bilərmi?

Ermənistan artıq həbsdə olan Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin milliləşdirildikdən sonra gələcək idarə olunması məsələsi ilə bağlı dost ölkələrin aparıcı xarici şirkətlərinə müraciət edib.

Herbiand.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Əməkdaşlığa maraq göstərəcəyimizə görə dost ölkələrdən artıq bir sıra aparıcı şirkətlərə sorğu göndərmişik”.

Paşinyan Türkiyə şirkətlərinin bu siyahıda olub-olmaması sualını belə şərh edib: "Ermənistanla açıq sərhədləri və diplomatik əlaqələri olmayan ölkələrin şirkətlərinin bu siyahıda olması mümkün deyil".

 

Seçilən
44
herbiand.az

1Mənbələr