AZ

Rusiyadan Gürcüstana pul köçürmələri azalıb

İlin birinci yarısında Rusiyadan Gürcüstana pul köçürmələri azalıb.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Statistikaya əsasən, 2025-ci ilin yanvar-iyun aylarında digər ölkələrdən Gürcüstana pul köçürmələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 1 milyard 715 milyon dollar təşkil edib. İlin birinci yarısında ABŞ-dən daxilolmalar 321 milyon dollara (artım 20,5%), İtaliyadan isə 295 milyon dollara (artım 7%) çatıb. Eyni zamanda, Rusiyadan 218 milyon dollar (azalma 32,3%) daxil olub.

Almaniyadan transferlər 143,3 milyon dollar (artım 19,3%), Yunanıstandan isə 138,3 milyon dollar (artım 10,6%) təşkil edib.

Asim

Seçilən
30
icma.az

1Mənbələr