AZ

Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi

Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan “Ən Uzun Gecə” adlı dastanın ilk tamaşasına qatılıblar. Səhnə əsəri 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişi cəhdini və həmin gecə xalqın göstərdiyi qəhrəmanlığı əks etdirir.ƏrdoğanTamaşa, demokratiya və vətən uğrunda mübarizəni, millətin birliyi və qətiyyətini dastanlaşdıraraq səhnəyə gətirir. Musiqi, rəqs və dramatik səhnələrlə zənginləşdirilən bu teatr əsəri, 15 iyul gecəsinin emosional və tarixi yükünü tamaşaçılara çatdırmağı hədəfləyir.Tədbirdə Prezident Ərdoğanla yanaşı, bir sıra yüksək vəzifəli şəxslər və mədəniyyət nümayəndələri də iştirak ediblər. Tamaşadan sonra Prezident və xanımı aktyor heyətini təbrik edərək, bu cür layihələrin milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.Ulusum.az

Diqqət Çəkənlər

Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi

Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır

Fransada “Coker” ləqəbli məhkum çamaşır torbasında həbsxanadan qaçdı

Seçilən
74
ulusum.az

1Mənbələr