AZ

“Patriot” sistemlərinin Kiyevə çatdırılma imkanlarıənı müzakirə edəcək

Patriot hava hücumundan müdafiə sistemlərinə malik olan ölkələr, eləcə də Ukraynaya yardım edən donorlar, iyulun 23-də Kiyevə çatdırılmalarını müzakirə etmək üçün görüşəcəklər.

Herbiand.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, iclasa NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı Aleksus Qrinkeviç sədrlik edəcək.

İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəlib. Bu tədarüklərin ödənişini Avropa edəcək. Tədarükün koordinasiya edilməsinə NATO-nun nəzarəti ilə olacaq. ABŞ liderinin dediyi kimi, tədarüklərə 17 “Patriot” sistemi daxildir.

Seçilən
49
herbiand.az

1Mənbələr