“Qəbələ”dən ayrılan Lukas Afrikonun yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Türkiyənin “Vansspor” klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Afriko ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı futbolçu 2023/2024 mövsümündə “Qəbələ”də oynayıb.